Karakasın mərkəzi rayonlarından birində etirazçılarla polis qüvvələri arasında güclü toqquşmalar başlayıb, partlayış səsləri eşidilir.
Oxu.Az xəbər verir ki, bu barədə TVV telekanalının “Twitter” səhifəsində çıxan məlumatda deyilir.
Yerli KİV-lər polisin etirazçıları dağıtmaq üçün səsli qumbaralar və gözyaşardıcı qazdan istifadə etdiyini bildirir. Petara rayonu qızğın “döyüş meydanına” çevrilib.
Venesuelada çevriliş: ölən və yaralılar var - YENİLƏNİB + FOTO/VİDEO
Bildirilir ki, artıq bəzi Latın Amerika ölkələri müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyıb. Bunlar Çili, Paraqvay, Kolumbiya, Peru və Braziliyadır.
Nikolas Maduro isə ölkəsinin ABŞ-la diplomatik əlaqələri kəsdiyini bəyan edib. O, amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.
22.54
Venesuela parlamentinin spikeri, müxalifət lideri Xuan Quaydo prezident səlahiyyətlərini üzərinə götürdüyünü elan edərək and içib.
Oxu.Az xəbər verir ki, Karakasda izdihamlı mitinq davam edir.
İnsanlar prezident Nikolas Maduronu istefaya çağırır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyanat verərək Xuan Quaydonu qanuni prezident kimi tanıyıb. O, Venesuela xalqına qarşı istənilən təhdidlərə görə Maduro rejimini məsuliyyətə cəlb edəcəyini bildirib.
Rəylər