Venesuela xüsusi xidmət orqanlarının əməkdaşları müxalifətin çoxluq təşkil etdiyi parlamentin sədri Xuan Quaidonu saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə onun “Twitter” səhifəsində yazılıb.
Səhifədə yerləşdirilmiş video kadrlardan görünür ki, yolda siyasətçinin avtomobili xüsusi xidmət orqanları əməkdaşları tərəfindən ələ keçirilir.
“Reuters”in məlumatına görə, bir müddət sonra Quado sərbəst buraxılıb.
Bir müddət öncə Quadonun beynəlxalq ictimaiyyət və hərbçilərin köməyi ilə hakimiyyətə gəlmək planları barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, cümə axşamı Nikolas Maduro ölkə prezidenti qismində and içib. O, 2025-ci ilədək Venesuela prezidenti olacaq.
Rəylər