Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Maduro ölkəsinin spikerini “ABŞ casusu” adlandırdı
Venesuela prezidenti Nikolas Maduro ölkənin Milli Assambleyasının müxalifətdən olan yeni sədrini ABŞ-ın agenti olmaqda ittiham edib.
Oxu.Az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
Xuan Quaido bir neçə gün əvvəl parlament sədri vəzifəsinə gəlib. Milli Assambleya hazırda Venesuelada siyasi qərarların qəbulu səlahiyyətindən məhrum edilib. Belə səlahiyyətləri hazırda tam olaraq hakimiyyətə tabe olan Milli Təsisat Məclisi yerinə yetirir.
“O, marionetdir, ABŞ tərəfindən, ABŞ kəşfiyyatı orqanı tərəfindən “hazırlanıb”, ona məhz onlar rəhbərlik edir”, - deyə Maduro dövlət telekanalının efirində bildirib.
Bundan əvvəl “Lima qrupu” (12 Amerika dövlətinin ittifaqı) Venesuela liderinin yeni prezident müddətinin legitimliyini tanımadığını elan edib. Təşkilat Venesuelada növbədənkənar prezident seçkilərinin keçirilməsini və səsverməyə qədər hakimiyyətin parlamentin sərəncamına verilməsini tələb edib.
"Venesuela" teqi üzrə xəbərlər
- Maduro üçüncü dəfə Venesuela prezidenti oldu
- Venesuelanın vitse-prezidentinə sui-qəsd hazırlanıb
- Venesuela Paraqvayla diplomatik münasibətləri kəsdi
- Venesuelada prezident kimi and içmək istəyən şəxsin yerini deyənə 100 min dollar veriləcək
- Trampın andiçməsindən əvvəl venesuelalı silahlıların ABŞ sərhədçilərinə hücumları çoxalıb
Rəylər