Qapıçı Rəşad Əzizli və müdafiəçi Adil Nağıyevin ardınca “Sumqayıt” FK dövrələrarası fasilədə növbəti transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, son olaraq “Sabah” FK-nın şərəfini qoruyan qapıçı Aydın Bayramov bu komanda ilə müqavilə imzalayıb.
1,5 illik razılaşmaya imza atan 1996-cı il təvəllüdlü futbolçu “Sumqayıt” FK-da 13 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Aydın Bayramov futbolçu karyerası ərzində “Rəvan”, MOİK və “Sabah” klublarının uğurları üçün çalışıb. O, 21 yaşadək futbolçulardan ibarət milli komandaya da cəlb olunub.