ABŞ və İran danışıqlarda irəliləyiş əldə etmək məqsədilə diplomatik fəaliyyəti davam etdirəcəklər.
Oxu.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının yekunları ilə bağlı açıqlamasında bildirib.
Vens qeyd edib ki, Vaşinqton və Tehran nümayəndələri çox məhsuldar 36 saat keçiriblər.
"Biz bu məsələ üzərində işləməyə davam etməliyik. Texniki danışıqlar çərçivəsində irəliləyiş əldə etməyi davam etdiririk", - deyə o vurğulayıb.
Xatırladaq ki, Vens daha əvvəl danışıqların nəticələrini şərh edərkən İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini yenidən ölkəyə buraxmağı öhdəsinə götürdüyünü bildirmişdi. Onun sözlərinə görə, tərəflər mümkün razılaşma üçün etibarlı zəmin formalaşdıra biliblər.
İyunun 21-də İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar keçirilib. ABŞ nümayəndə heyətinə Cey. Di. Vens, Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner rəhbərlik edib. İran tərəfini isə parlamentin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçı təmsil edib.