ABŞ Rusiya və Ukraynanın danışıqlardakı mövqelərinin təfərrüatı barədə məlumat əldə edib və onların üzərində işləyir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "Fox News"a müsahibəsində bildirib.
"Biz nəhayət təfərrüatla bağlı məlumat əldə etdik. Onların üzərində işləyirik, lakin hələ sonadək hər şeyi düşünməmişik", - deyə o vurğulayıb.
Vensin sözlərinə görə, Ukrayna təhlükəsizlik zəmanəti tələb edir, Rusiya isə müəyyən əraziləri istəyir ki, onların əksəriyyəti ordusunun nəzarəti altındadır.