Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vens: "Ukraynanın döyüşləri davam etdirmək üçün kifayət qədər insan resursu yoxdur"
Volodimir Zelenski fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqları bərpa etməyi xahiş etsə də, Birləşmiş Ştatlar tərəfi buna rədd cavabı verib.
Oxu.Az xəbər verir ki, bu məlumatı "Fox News"a açıqlamasında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də təsdiq edib.
D.Vens bildirib ki, danışıqların bərpası ilə bağlı Donald Trampa məruzə də olunub, lakin siyasətçi ukraynalıların hörmətsizliyini əsas gətirərək, artıq danışılacaq mövzu qalmadığını söyləyib:
"Onlar nümayişkaranə şəkildə Trampın təklif etdiyi sülh təklifini müzakirə etmək istəmədiklərini göstərdilər".
Vens fikrinin davamında qeyd edib ki, Ukraynanın döyüşləri davam etdirmək üçün kifayət qədər insan resursu yoxdur, üstəlik, döyüşlər davam edəcəyi müddətdə ABŞ Kiyevi silah və pulla təmin edəcək imkana sahib deyil.
"Ceyms Devid Vens" teqi üzrə xəbərlər
- Ukrayna nizamlanması üzrə sazişə təklif: Zelenskinin istefası tələb ediləcək?
- Tramp Zelenski ilə görüşdən sonra Venslə fəxr etdiyini açıqlayıb
- İlon Mask Ceyms Vens barədə: "Gələcək prezidentimiz"
- ABŞ-nin vitse-prezidenti Avropa üçün əsas təhlükəni açıqlayıb
- Vens: "ABŞ Ukraynada prezident seçkisinin keçirilməsində israrlıdır"