Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Viktor Orban Volodimir Zelenskiyə səsləndi
"Təxribatlara cavab verməyəcəyik. Atəşkəs təklifi masadadır. Razılaşın və ya imtina edin. Bunun məsuliyyəti sizin üzərinizdədir".
Oxu.Az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban "X" platformasındakı paylaşımında Ukrayna Prezidenti Volodimir Zelenskiyə xitabən yazıb.
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə xatırladıb ki, Macarıstanın Moskva ilə Kiyev arasında Milad bayramı atəşkəsi barədə razılığa gəlmək təklifi hələ də qüvvədədir və Ukrayna bununla razılaşıb-razılaşmamaq barədə özü qərar verməlidir.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Orbanın onlara vasitəçi qismində lazım olmadığını, ABŞ ilə birbaşa əlaqələrə ehtiyac olduğunu bildirmişdi.
"Viktor Orban" teqi üzrə xəbərlər
- Viktor Orban: "Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli həftələridir"
- Orban Moskvadakı 9 May paradına qatılmayacaq
- Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
- Orban: "Macarıstan istixana emissiyalarını 50 faiz azaltmağı hədəfləyir"
- COP29 Liderlər Sammiti açılış mərasimindən sonra işini birinci plenar iclasla davam etdirib
Rəylər