Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Volvo" avtomobillərində ciddi nasazlıq aşkarlandı: Minlərlə maşın geri çağırılır
"Volvo Cars" şirkəti 450 000 avtomobili təmir üçün geri çağırır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Carscoops.com" nəşri məlumat verib.
Söhbət 2021-2025-ci illərin buraxılışı olan 10 avtomobil modelindən gedir ki, bunlar "Volvo C40", "S60", "S90", "V60", "V60 Cross Country", "V90", "V90 Cross Country", "XC40", "XC60" və "XC90"dır.
Məlumata görə, bəzi hallarda, geriötürücünün işə salınması və geriyə hərəkət zamanı görüntü ekranda göstərilmir - bunun əvəzinə "Kamera müvəqqəti olaraq əlçatmazdır" xətası çıxır.
Qeyd edilir ki, geri çağırılan avtomobillərin sahibləri problemi həll etmək üçün mütləq "Volvo" diler mərkəzinə baş çəkməlidirlər.
"Volvo" teqi üzrə xəbərlər
- "Volvo" – 100 ildir təhlükəsizliyin keşiyində!
- "Volvo EX90" elektrokarı satışa çıxarılarkən ciddi problemlə üzləşib
- İşlənmiş "Volvo S80" sedanında ciddi çatışmazlıqlar nələrdir? - Rusiyalı ekspertdən AÇIQLAMA
- "Volvo", "Polestar" və "Audi" avtomobil sahibləri telefonla maşını aça biləcəklər
- "Volvo"nun 2030-cu il planı AÇIQLANDI