Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"X" sosial şəbəkəsi husilərin hesabını blokladı
"X" sosial şəbəkəsi Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Sarianın hesabını bloklamaq qərarına gəlib. Sarianın hazırda əlçatmaz olan səhifəsinin bir milyondan çox abunəçisi var idi.
Oxu.Az-ın məlumatına görə, husilərin nümayəndəsinin profilinə keçid etmək cəhdi qısa bir mesajla qara boş səhifəyə yönləndirir.
"Hesabın fəaliyyəti sosial şəbəkə qaydalarının pozulması səbəbindən dayandırılıb", - deyə mesajda bildirilir.
"X" sosial şəbəkəsinin administrasiyası bloklanma ilə bağlı daha ətraflı şərh verməyib.
Qeyd edək ki, Yəhya Saria öz hesabından gündəlik olaraq husi ordusunun adından rəsmi bəyanatları paylaşırdı. Bu bəyanatlarda üsyançıların ABŞ və İsrail Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qarşı hərbi əməliyyatları, həmçinin yəhudi dövlətinin ərazisindəki müxtəlif hədəflərə zərbələr barədə məlumat verilirdi.
Qeyd edək ki, ABŞ-də "Ənsar Allah" hərəkatı terror təşkilatı kimi tanınır.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- Husilərdən Ben Qurion hava limanına NÖVBƏTİ ZƏRBƏ
- Yəmən ABŞ-nin pilotsuz təyyarəsini vurdu
- Husilər İsrailin Ben Qurion hava limanına raket hücumları həyata keçiriblər
- İsrail müdafiə nazirindən İrana xəbərdarlıq: "Dəməşqdə Əsədə nə etdiksə, Tehranda sizə onu edərik"
- ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb