Azərbaycanda bir aya yaxın əsirlikdə olan Mamikon Xocayan 77 yaşında Ermənistanda dünyasını dəyişib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, o ailəsi Xocayanın ölümündə Azərbaycan tərəfini günahlandırır.
Ailə üzvlərinin sözlərinə görə, 77 yaşlı kişi qəfildən ölüb. Müstəntiqlər Mamikon Xocayanın cəsədini ekspertiza üçün İrəvana aparacaqlar.
Xatırladaq ki, yanvarın 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı, 1937-ci il təvəllüdlü Xocayan Mamikon Tiqranoviç martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.