Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaponiya öz vətəndaşlarını Sudandan təxliyə etdi
Yaponiya dövlət çevrilişinin baş verdiyi Sudandan öz vətəndaşlarını təxliyə edib.
Bu barədə Yaponiya baş naziri Fumio Kişida məlumat verib.
Onun sözlərinə görə, ölkənin 45 vətəndaşı ailələri ilə birlikdə Sudandan təxliyə edilib. Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus təyyarə onları Cibuti Respublikasına aparıb, digər yaponiyalılar isə başqa hökumətlərin həyata keçirdikləri əməliyyatlar çərçivəsində ölkədən çıxarılıblar. Məsələn, altı Yaponiya vətəndaşı Fransanın köməyi ilə ölkəni tərk edib.
Ölkədə hələ də təxliyə olunmaları barədə müraciət edən bir neçə Yaponiya vətəndaşı var.
Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartum və bir sıra digər şəhərlərdə ordu ilə çevik reaksiya qüvvələri arasında döyüşlər baş qaldırıb.
Mənbə: RBC-Ukrayna
Rəylər