Yaponiyanın Kumamoto prefekturasında 5.8 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq elan edilməyib.
Hazırda təbii fəlakət nəticəsində ölən, xəsarət alan və ya dağıntılar barədə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, ötən gün də Kumamoto prefekturasında 7.1 bal gücündə zəlzələ baş verib. Həmin təbii fəlakət nəticəsində 18 nəfər həyatını itirib.
Qaynar xətt:
(055) 224 12 12