28 fevral 2026-cı il saat 08:00-dan 1 mart 2026-cı il saat 22:00-dək olan müddət ərzində İrandan Azərbaycana 192 nəfər təxliyə edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır.
Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikistan, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər, 3 nəfər Banqladeş, 2 nəfər Filippin, 2 nəfər Nepal vətəndaşı təxliyə edilib.
Bundan başqa Türkiyə, Rusiya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təhlükəsiz əraziyə çıxarılıb.
Son bir gün ərzində İrandan ümumilikdə 123 nəfər "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlardan 54-ü azərbaycanlı, 69-u isə 17 ölkənin vətəndaşıdır.
Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Belə ki, Səudiyyə Ərəbistanının 18, Çinin 18, BƏƏ-nin 6, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3 , Banqladeşin 3, Filippinin 2, Nepalın 2, İtaliyanın 1, Pakistanın 1, Polşanın 1, Tunisin 1, Livanın 1, Hindistanın 1, Fransanın 1 və Braziliyanın 1 nəfər vətəndaşı həmin ölkədəki vəziyyətlə əlaqədar Azərbaycana təxliyə olunub.








İrandan həm Azərbaycan vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.
Eyni zamanda, sərhəd-keçid məntəqəsindən əcnəbi vətəndaşların da təxliyəsi davam etdirilir.
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda 28 fevral saat 08:00-dan 1 mart saat 10:00-dək İrandan (Azərbaycan sərhədi ilə) 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, ümumilikdə 31 nəfərin Azərbaycana keçidi təmin edilib.
Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən ölkəyə keçidi təmin olunub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, son sutka ərzində ümumilikdə 17 vətəndaş Azərbaycana təxliyə edilib.
Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb. ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.
Oxu.Az "Report"a istinadən bildirir ki, fevralın 28-i saat 08:00-dan martın 1-i saat 00:00-dək ümumilikdə 12 vətəndaşın İrandan təxliyəsi həyata keçirilib.
İrandan təxliyə edilən vətəndaşlardan üçü azyaşlıdır.
Bununla yanaşı, bir İtaliya vətəndaşı da "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib.



Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.
Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.
Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 85 nəfər həlak olub.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.