Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeməkdən sonra gəzmək niyə faydalıdır?
Həkimlər yemək yedikdən sonra yarım saat ərzində gəzintiyə çıxmağı tövsiyə edirlər.
Tədqiqatlar göstərir ki, insanlar yeməkdən sonra oturmaq əvəzinə gəzdikdə, qandakı şəkər miqdarı azalır.
Oxu.Az ferra.ru-ya istinadən xəbər verir ki, yemək sonrası gəzintinin müddəti ilə bağlı dəqiq vaxt yoxdur. Qısa, rahat gəzinti belə faydalı ola bilər.
Elm adamları iki-beş dəqiqə ərzində yavaş templə yeridikdə belə insanların sağlamlığının yaxşılaşdığını aşkarlayıblar.
Bildirilir ki, hər yeməkdən sonra 15 dəqiqəlik gəzinti sağlamlığa daha çox kömək edəcək. Ancaq müsbət təsirin davam etməsi üçün mütəmadi olaraq gəzmək lazımdır.
"Sağlam həyat tərzi" teqi üzrə xəbərlər
- Piyi "yandıran" bitki - Gündə 300 qram kifayətdir
- Dil üzərində ağ və ya sarı təbəqə, ağızdan gələn qoxu - Əlamətlər nədən xəbər verir?
- Bayramda yığdığımız kaloriləri nəfəs məşqləri ilə verə bilərik: "Stres həzmi ləngidə bilər"
- "Ustadına əhsən!" - Estetik əməliyyatsız ideal bədən forması üçün 30 dəqiqə
- Qabığı da faydalı olan narıngidən gündə neçə dənə yemək olar? - Həkim tövsiyəsi
Ən çox oxunanlar
Rəylər