Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yerevan Xaçaturovun yerinə namizədini təklif etdi
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə ölkənin sabiq müdafiə naziri (1999-2000-ci illərdə), general-leytenant Vaqarşak Arutyunyanı namizəd kimi təklif etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, 62 yaşlı Arutyunyan müxtəlif illərdə Ermənistan daxili işlər nazirinin müavini, MDB ölkələrinin birləşmiş silahlı qüvvələrinin baş komandanlığının qərargah rəisinin müavini, MDB ölkələrinin hərbi əməkdaşlığı üzrə koordinasiya şöbəsinin müdir müavini vəzifələrini tutub.
1999-cu il sentyabrın 27-də parlamentdəki terror aktı fonunda Ermənistan prezidenti Robert Koçaryanla münaqişədən sonra rütbəsi general-leytenantdan general-mayora endirilib və vəzifəsindən uzaqlaşdırılıb.
KTMT-nin hazırkı baş katibi Yuri Xaçaturova qarşı 2008-ci il martın 1-də baş verən iğtişaşlar zamanı ölkədəki konstitusiya rejiminin devrilməsi ittihamı irəli sürülüb.
Rəylər