"Ukrayna nümayəndə heyətinə İstanbuldakı danışıqlarda müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək".
Oxu.Az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq, deeskalasiyaya doğru ilk addımları atmağa çalışaraq, Ukrayna İstanbula nümayəndə heyəti göndərir.
Zelenski vurğulayıb ki, Ukrayna nümayəndə heyəti atəşkəslə bağlı müzakirə aparmaq niyyətindədir.