Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bilal Ərdoğan "Fənərbağça" prezidentliyinə namizədliyini irəli sürməyəcək
Dünya Etnoidman Birliyinin sədri və Oxatma Dərnəyinin Mütəxəssislər Şurasının üzvü Bilal Ərdoğan "Fənərbağça" klubunun prezidentliyinə namizəd olmaq fikrində deyil.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Bilal Ərdoğan bu barədə xəbərlərin yalan olduğunu deyib.
"Söhbət ola bilməz, bununla heç bir işim yoxdur. Təbii ki, mən "Fənərbağça" azarkeşiyəm, bu ayrı bir məsələdir. İllərdir çempion ola bilmədiyimiz üçün üzüldük, amma yenə də əlimizdən gələni əsirgəmədik. Amma əsla "Fənərbağça" klubunun prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm", - deyə B.Ərdoğan bildirib.
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- "Fənərbağça"nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb
- Ali Koçun Bakı səfərinin SƏBƏBİ bəlli oldu
- "Tottenhem"in ulduzu karyerasını Türkiyə Superliqasında davam etdirə bilər
- Sebastian Şimanskini transfer etmək istəyən "Latsio" 15 milyon avro ödəməli olacaq
- "Fənərbağça" 19 yaşlı rusiyalı futbolçunu transfer etmək istəyir
Ən çox oxunanlar