"Rusiya ABŞ raketləri barədə eşidən kimi dialoqu bərpa etməyə tələsir".
Oxu.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında baş tutmuş telefon danışığını şərh edərkən bildirib.
"Artıq görürük ki, Moskva "Tomahawk" barədə eşidən kimi dialoqu bərpa etməyə tələsir. Güc və ədalətin dili Rusiyaya qarşı da mütləq öz təsirini göstərəcək", - deyə Zelenski qeyd edib.
Qeyd edək ki, Ukrayna liderinin ABŞ-yə səfəri başlayıb. O, bu gün ABŞ Prezidenti Donald Trampla görüşəcək.