Müharibənin başa çatdırılması üçün diplomatik imkanlar dəhlizi dekabrda ABŞ-də keçiriləcək G20 sammitindən 2027-ci ilin yayının sonuna qədər davam edəcək.
Oxu.Az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.
"Müharibənin başa çatması üçün imkanlar dəhlizi ABŞ-də keçiriləcək G20 sammitindən 2027-ci ilin yayının sonuna qədərdir. Çünki daha sonra ABŞ-də prezident seçkisi başlayır. Biz hesab edirik ki, hazırda bu, diplomatiyanın müharibənin başa çatmasına gətirib çıxara biləcəyi ən aktiv mərhələdir. Bu, cari ilin sonundan 2027-ci ilin yayının sonuna qədər olan dövrdür", - deyə Zelenski qeyd edib.
Ölkə rəhbərinin sözlərinə görə, əgər tərəflər ABŞ-dəki seçkiyə qədər hər hansı razılığa gələ bilməsələr, bunun səbəbi tamamilə aydın olacaq.