Argentina-ispanəsilli model Corcina Rodriqes portuqaliyalı futbolçu Kriştianu Ronaldunun üç böyük övladını rəsmi olaraq övladlığa götürüb. Bununla da o, idmançı ilə toyundan bir həftə sonra uşaqların hüquqi baxımdan anası statusunu əldə edib.
Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, prosedur məxfi şəkildə həyata keçirilib.
Cütlük məxfiliyi qorumaq məqsədilə lazımi sənədləri ictimaiyyətin diqqətindən uzaqda rəsmiləşdirib. Ronaldu ilə münasibətlərinin təxminən on ili ərzində Corcina onun uşaqlarına həmişə öz övladları kimi yanaşıb və dəfələrlə möhkəm ailə qurmağı bacardıqlarını bildirib.
Avqustun 15-də KİV Kriştianu Ronaldu və Corcina Rodriqesin toylarından bir gün əvvəl əmlakın ayrı mülkiyyət rejimi ilə bağlı nikah müqaviləsi bağladıqlarını xəbər verib. Toy avqustun 11-də cütlüyün Kaşkayşdakı iqamətgahında keçirilib. Ər-arvadın əmlakının bölüşdürülməsi qaydalarını müəyyən edən müqavilə isə avqustun 10-da Lissabonda imzalanıb.
2025-ci il avqustun 18-də məlum olub ki, Ronaldu nişanlarının şərəfinə Rodriqesə 60 min dollar (102 min manat) dəyərində "Patek Philippe" və 70 min dollar (119 min manat) dəyərində "Audemars Piguet" saatları, "Porsche Taycan" avtomobili, həmçinin "Dior" və "Louis Vuitton" moda brendlərinin kolleksiyalarından əşyalar hədiyyə edib.