Noy
2020
17:24
267
44
8040
Virtual karabakh

Azərbaycanda dövlət fondunda iki yüksək vəzifəyə təyinat olub - FOTO

6 Noy, 2020
17:24
8040

Azərbaycanda dövlət fondunda iki yüksək vəzifəyə təyinat olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərin Sığortalanması Fondunda gün ərzində iki yeni təyinat olub.

Fonddan Oxu.Az-a verilən məlumata əsasən, Elnur Rzayev və Akşın Cahangirov yeni vəzifələrə təyin ediliblər.

Belə ki, Akşın Cahangirov Fondun icraçı direktorunun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsinə, Elnur Rzayev isə Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Akşın Cahangirov bundan əvvəl Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində, həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeyri-həyat sığortasına nəzarət idarəsində və digər müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.

Eləcə də, Elnur Rzayev isə bundan əvvəl “AzSığorta” ASC-də daxili audit xidmətinin rəhbəri vəzifəsini və digər rəhbər vəzifələri icra edib.

Fotoda: Akşın Cahangirov 

 Fotoda: Elnur Rzayev

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri