20 
Apr
2021
12:54
136
26
2443
Virtual karabakh

Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin siyahısı genişlənib - FOTO

20 Apr, 2021
12:54
2443

Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin siyahısı genişlənib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan yanvar-mart ayları ərzində beş ölkəyə təbii qaz ixracı həyata keçirib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində ölkədən cəmi 6 milyard 165,4 milyon kubmetr həcmində təbii qaz ixrac edilib və onun ümumi dəyəri 857 milyon 67,7 min dollar olub.

İlin birinci rübündə Türkiyəyə 4 milyard 118,6 milyon kubmetr həcmində (548,9 milyon dollar dəyərində), Gürcüstana 1 milyard 494,2 milyon kubmetr həcmində (203,9 milyon dollar dəyərində) təbii qaz ixrac edilib.

Eləcə də, İtaliyaya - 435 milyon kubmetr (89,9 milyon dollar dəyərində), Bolqarıstana - 59,7 milyon kubmetr (8 milyon dollar), Yunanıstana - 57,7 milyon kubmetr (16,2 milyon dollar dəyərində) ixrac baş tutub.

Təkcə mart ayının mənzərəsinə nəzər saldıqda isə Türkiyəyə - 2 milyard 55,8 milyon kubmetr, İtaliyaya - 424,2 milyon kubmetr, Gürcüstana - 249,4 milyon kubmetr, Bolqarıstana - 59,7 milyon kubmetr həcmində təbii qaz nəql edilib.

Əlavə edək ki, yanvar-fevral ayları ərzində Azərbaycanın təbii qaz satışı həyata keçirdiyi ölkələr siyahısında olmayan Yunanıstan mart ayından etibarən bu siyahıya daxil olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri