30 
Dek
2021
12:18
95
120
3391
Virtual karabakh

Zaur Darabzadədən təklif: Kinoteatrların fəaliyyəti gecə saat 2-yə qədər uzadılsın

30 Dek, 2021
12:18
3391

Zaur Darabzadədən təklif: Kinoteatrların fəaliyyəti gecə saat 2-yə qədər uzadılsın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün “Cinema Plus” ölkənin ən böyük əyləncə mərkəzidir”.

Oxu.Az xəbər verir ki, bu barədə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə “Postpandemiya dövründə kinoteatrların fəaliyyəti ilə bağlı müzakirələr” zamanı deyib.

O bildirib ki, kinoteatrlar şəbəkəsinə 9 kinoteatr və 50-dən çox zal daxildir:

“Pandemiyadan əvvəl, 2019-cu il ərzində 1 milyon 700 min tamaşaçı qəbul edirdik.

Azərbaycanda heç bir ictimai iaşə obyekti il ərzində bu qədər vətəndaşı qəbul etməyib. 20 ay fəaliyyətimiz donduruldu. Pandemiya dövründə biz KOBİA-ya da müraciət etdik, görüşlərimiz oldu və bizə dəstək verildi. İqtisadiyyat Nazirliyinin də müvafiq dəstəyini gördük. Bu gün bizim müəyyən problemlərimiz var. Bu problemlər bütün dünyada var”.

Zaur Darabzadə vurğulayıb ki, hazırda əsas problem kinoteatrların gecə 00:00-dan sonra çalışmamasıdır:

“Filmlərin vaxtlarını nəzərə alsaq, biz saat məsələsinə görə seansların çoxunu ləğv etməli oluruq. Bu zaman tamaşaçıları da itiririk”.

O əlavə edib ki, kinoteatrların fəaliyyətinin gecə saat 2-yə qədər uzadılması daha məqsədyönlü olardı:

“Tamaşaçılar axşam saatlarında seansların olmamasından narazılıqlarını bildirirlər. Bu məsələnin həllini tapmasını istərdik”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri