30 
Dek
2021
12:36
29
83
3336
Virtual karabakh

Zaur Darabzadə: “Əsas böyük problemlərimizdən biri müəllif hüquqlarının pozulmasıdır”

30 Dek, 2021
12:36
3336

Zaur Darabzadə: “Əsas böyük problemlərimizdən biri müəllif hüquqlarının pozulmasıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün bizim əsas böyük problemlərimizdən biri müəllif hüquqlarının pozulmasıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə  “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə “Post-pandemiya dövründə kinoteatrların fəaliyyəti ilə bağlı müzakirələr” zamanı deyib.

O bildirib ki, tamaşaçıların fikrincə kinoteatrlara ən böyük rəqib “Netflix” kimi onlayn platformalardır:

“Son iki il ərzində bu platformalar çox inkişaf etdilər. Məsələn, biz “King Richard” filmini dünya ilə eyni vaxtda nümayiş etdirmişdik, lakin həmin film hansısa ölkədə internet platformada da yayımlanırdı. Ən böyük problem də burada yaranır. Biz televiziya rəhbərləri, Televiziya və Radio Yayım Şurası ilə dəfələrlə bu barədə danışmışıq. Biz filmləri dünya premyerası ilə eyni gündə nümayiş etdirməyə çalışırıq lakin televiziyalar internetdən filmləri götürüb birbaşa nümayiş edirlər. Xarici partnyorlar, böyük distribütorlarla danışıqlar zamanı onlar bizə ölkədə müəllif hüquqlarının pozulduğunu deyirlər”.

Z.Darabzadə bu məsələyə diqqət yetirməyə çağırıb və əlavə edib ki, problemlə bağlı artıq İqtisadiyyat Nazirliyinə də müraciət edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov isə bildirib ki, bu məsələ Müəllif Hüquqları Agentliyi ilə müzakirə olunmalıdır:

“Bu məsələni həmkarlarımla birgə, şəxsən mən özüm Müəllif Hüquqları Agentliyi və onun rəhbəri ilə müzakirə edəcəyik”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri