12 
Apr
2022
12:48
279
18
1798
yuxarı
Azərbaycan ilk dəfə Hindistana karbamid gübrəsi ixrac etdi
12 Apr, 2022
12:48
1798
279
18
Azərbaycan ilk dəfə Hindistana karbamid gübrəsi ixrac etdi
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri ixrac coğrafiyasını genişləndirir.
Qurumdan verilən məlumata görə, Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu tərəfindən ilk dəfə olaraq Hindistana karbamid gübrəsinin ixracı həyata keçirilib və ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox məhsul göndərilib.
2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu ölkəmizin azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Hazırda zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə Braziliya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.