Apr
2015
11:03
67
20
2066
Virtual karabakh

Azərbaycan neft hasilatını azaltdı

4 Apr, 2015
11:03
2066

Azərbaycan neft hasilatını azaltdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR məlumat yaydı.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin yanvar-fevral aylarında 1 milyon 354,2 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1% azdır.

Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.

SOCAR-ın məlumatına görə, 2015-ci ilin ilk iki ayı ərzində Azərbaycan üzrə neft hasilatı 6 milyon 960,6 min ton təşkil edib, bu isə ötən ilin yanvar-fevral aylarının göstəricisindən 4,2% azdır.

Qeyd edək ki, 2015-ci ilin fevral ayında SOCAR 641,9 min ton neft hasil edib, Azərbaycan üzrə neft hasilatı 3 milyon 293 min ton təşkil edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri