Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 781 milyon manat nəzərdə tutulub.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,9% çoxdur.
ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,9%-i qədərdir.