Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda mənzil bazarında qiymət artımları
Ötən ay Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub.
Bu barədə "Trend"ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 2.1 faiz artıb. Yaşayış binalarında və eləcə də qeyri-yaşayış sahələrində tələbin artması qeydə alınıb.
Qeyri-yaşayış sahələrində 2.7 faiz aylıq qiymət artımı olub. Yaşayış evlərində qiymətlər 1.9 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb - 4.1%.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.
Rəylər