2023-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6% artaraq 4 214,3 milyon manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 528,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,7%-ni təşkil edib.