Gələn il üçün Dövlət Neft Fondunun büdcəsinin proqnozlaşdırılan gəlirləri və xərcləri məlum olub.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə Dövlət Neft Fondunun büdcəsinin proqnozlaşdırılan gəlirləri 12 milyard 073 milyon 255,5 min manat, xərcləri 12 milyard 861 milyon 986 min manat olacaq.