27 
Okt
2023
12:30
86
23
2363
Virtual karabakh

Yeni yaradılacaq müəssisədə 1500 iş yeri açılacaq

27 Okt, 2023
12:30
2363

Yeni yaradılacaq müəssisədə 1500 iş yeri açılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hacıqabul Sənaye Məhəlləsində yeni istifadəyə verilən istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsində 1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur”.

AZƏRTAC xəbər verir ki, innovativ texnologiya əsasında müəssisədə istilik izolyasiya lövhələrinin istehsalı həyata keçirilir və istehsal prosesində xammal kimi ümumi təyinatlı polistroldan istifadə edilir. 100 faiz Rusiya kapitalı olan müəssisənin investisiya dəyəri 18,4 milyon manat təşkil edir.

Sənaye məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub. Eyni zamanda, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “İnvestisiya təşviq sənədi” sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 12,9 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri