Noy
2023
14:52
12
250
1402
Virtual karabakh

Samir Şərifov: “Dövlətin parkinq və cərimələrdən pul qazanmaq niyyəti yoxdur”

3 Noy, 2023
14:52
1402

Samir Şərifov: “Dövlətin parkinq və cərimələrdən pul qazanmaq niyyəti yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 25-dən dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə görə yeni ödəniş məbləğlərinin tətbiqi dövlətin pul qazanmaq niyyətini daşımır.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, cərimənin məqsədi hansısa düzgün olmayan fəaliyyəti müəyyən formada yasaqlamaqdır:

“Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. O cümlədən, parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir”.

Qeyd edək ki, nazir bunu deputat Fazil Mustafanın parkinqlərlə bağlı iradına cavab olaraq bildirib.

Qeyd edək ki, hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçi özü qəbul edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri