Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Livanda peycer partlayışlarından ölənlərin sayı artdı
Livanda peycer partlayışları nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Livanın Səhiyyə nazirinin müavini Firas Abyad bildirib.
O, həyatını itirənlərdən ikisinin uşaq olduğunu vurğulayıb.
Firas Abyad həmçinin yaralıların sayının 4 minə çatdığı barədə məlumatı təkzib edib; Onun sözlərinə görə, xəstəxanalara 2,8 min nəfər yaralı çatdırılıb.
Livandakı partlayışlarda İran səfirliyinin daha iki əməkdaşı yaralanıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı Livanın "Əl-Məyadin" telekanalına istinadla xəbər verib.
Yaralanan diplomatların adları açıqlanmayıb.
Xatırladaq ki, sentyabrın 17-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Baş verənlərdə İsrail xüsusi xidmət orqanları şübhəli bilinir.
Son məlumatlara görə, partlayışlar nəticəsində azı 11 nəfər həlak olub, dörd mindən çox insan yaralanıb. Xəsarət alanlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. KİV-in məlumatına görə, o, bir gözünü itirib, digər gözü isə ciddi xəsarət alıb.
"Livanda peycer partlayışları" teqi üzrə xəbərlər
- İsraildən Livanda peycer partlayışları ilə əlaqədar ETİRAF
- İran təyyarələrdə rabitə vasitələrini qadağan edib
- "Emirates" öz təyyarələrində peycerləri qadağan edib
- Rusiya FTX-nin direktorundan bəyanat: "Peycerlərin MDB ölkələrində də partladılması təhlükəsi var"
- "Hizbullah" Təl-Əvivdə "Mossad" qərargahına ballistik raketlə zərbə endirdi
Rəylər