28 
Noy
2023
19:42
78
25
1102
Virtual karabakh

Mikayıl Cabbarov Türkmənistana işgüzar səfər çərçivəsində bir sıra görüşlər keçirdi - YENİLƏNİB + FOTO

28 Noy, 2023
19:42
1102

Mikayıl Cabbarov Türkmənistana işgüzar səfər çərçivəsində bir sıra görüşlər keçirdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra görüşlər keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ikitərəfli, regional və beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən işlər və onların səmərəli nəticələri barədə müzakirə aparılıb. İki ölkənin malik olduğu zəngin potensial və resurslara uyğun olaraq, tərəfdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanlar qeyd edilib.

Mərkəzi Asiya ölkələri arasında ən çox Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin olması vurğulanıb, humanitar, nəqliyyat-tranzit, limanlararası əməkdaşlıq, həmçinin Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə edilib.

Türkmənistana işgüzar səfər çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və həmkarları ilə görüşdə qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var.

Azərbaycan-Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən olan həmin sektorda artıq möhkəm əlaqələr qurulub. Birgə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələlər müzakirə olunub.

Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi aparıblar.

18:50

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədr müavini Batır Amanov və həmkarları ilə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə platformasındakı paylaşımında bildirib.

“Enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və Türkmənistan yataqlarında SOCAR-ın iştirak imkanları müzakirə edildi”, - deyə Mikayıl Cabbarov qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri