29 
Noy
2023
11:30
142
3
2539
Virtual karabakh

Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb - FOTO

29 Noy, 2023
11:30
2539

Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafada saxta içkilər istehsal edən müəssisə aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 25 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəhim Həsənəli oğlu Kərimova məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış içkilər aşkarlanıb:

109 ədəd saxtalaşdırılmış “Banketnaya” əmtəə nişanlı araq məhsulu;

606 ədəd etiket məlumatlarında uyğunsuzluq olan və saxtalaşdırılmış limonad məhsulu;

621 ədəd etiket məlumatlarında uyğunsuzluq olan “Pinnochio” əmtəə nişanlı limonad məhsulu.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri