29 
Noy
2023
17:28
73
24
634
Virtual karabakh

TAP ilə nəql edilən Azərbaycan qazının həcmi 30 milyard kubmetri ötüb

29 Noy, 2023
17:28
634

TAP ilə nəql edilən Azərbaycan qazının həcmi 30 milyard kubmetri ötüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan təbii qazının Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya tədarükü 30 milyard kubmetri ötüb.

Bu barədə TAP konsorsium xəbər yayıb.

“Hazırda Yunanıstan, Bolqarıstan və İtaliyaya 30 milyard kubmetrdən çox təbii qaz nəql etmişik. Biz əməliyyatlarımızın son prinsipləri kimi etibarlılıq və təhlükəsizliyi qorumuşuq”, - deyə konsorsiumun yaydığı məlumatda deyilir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 4 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri