29 
Noy
2023
17:56
15
36
1170
Virtual karabakh

AQTA 14 müəssisədə nöqsanlar aşkarlayıb - SİYAHI

29 Noy, 2023
17:56
1170

AQTA 14 müəssisədə nöqsanlar aşkarlayıb - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 14 müəssisədə nöqsanlar aşkarlayıb.

Bu barədə AQTA-dan bildirilib.

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 10, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1.

Sucayev Bahadur Sarıbala oğluna məxsus mağaza

Biləsuvar rayonu, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.

Sahibli Coşqun Seymur oğluna məxsus mağaza

Astara rayonu, Astara şəhəri, H.Əliyev pr., ev 132

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3.

Bayramov Natiq Nadir oğluna məxsus ərzaq mağazası

Astara rayonu, Astara şəhəri, N.Nərimanov küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

4.

Kərimov Fərid Araz oğluna məxsus mağaza

Astara rayonu, Astara şəhəri, H.Əliyev prospekti

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

5.

Gənciyev Ayaz Mirzəcan oğluna məxsus mağaza

Astara rayonu, Astara şəhəri, H.Əliyev prospekti

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

6.

"Ukrayna" market

Şəki rayonu, Şəki şəhəri, M.F.Axundov prospekti

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

7.

"Kristal" mağazası

Şəki rayonu, Şəki şəhəri, S.Mümtaz küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

8.

"Ukrayna" çay evi

Şəki rayonu, Şəki şəhəri, M.F.Axundov prospekti

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

9.

"Qələbə" dönər evi

Gəncə şəhəri, Z.Əliyeva küçəsi, 12/2

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

10.

"Nur" dönər evi

Gəncə şəhəri, V.Tutayuq küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

11.

"Osmanbəy" dönər evi

Gəncə şəhəri, Ü.Hacıbəyov və Z.Hacıyev küçələrinin kəsişməsi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

12.

"İssa" dönər evi

Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 407B

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

13.

"Agüloğlu" restoranı

Gəncə şəhəri, H.B.Zərdabi küçəsi, 11

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

14.

Sənan Zeynal Səməd oğluna məxsus dönər evi

Gəncə şəhəri, Gülüstan qəsəbəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri