30 
Noy
2023
10:36
50
34
1524
Virtual karabakh

Elnur Əliyev: “Rəqəmsal şəhərlərin salınmasına köklənmişik”

30 Noy, 2023
10:36
1524

Elnur Əliyev: “Rəqəmsal şəhərlərin salınmasına köklənmişik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rəqəmsallaşma iqtisadiyyatın inkişafı və maliyyə dayanıqlılığının artırılmasında önəmlidir. Bu, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması, sərmayələr üçün yeni imkanlar yaradır”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitində deyib.

O bildirib ki, rəqəmsallaşma prosesi yeni ideyalar yaradır:

“Bu da özlüyündə daha müsbət imkanlara şərait yaradır. İdeyanın tətbiqi üçün onun unikallığı şərtdir və onların təcrübədə istifadəsini labüd edir. Bu təsir mövcud olan həll yollarına da təsir göstərir. Ölkə başçısı çıxışında qeyd edib ki, biz yeni strategiya yaradacağıq və bu, 2030-cu il üçün nəzərdə tutulan planların həyata keçirilməsinə yardım edəcək. Növbəti on il ərzində yeni sərmayə qoyuluşu planlaşdırılır. Elmi tədqiqatların real nəticələnməsinə imkan yaradacağıq. Eyni zamanda, ümumdaxili məhsula bunun təsirini təmin edəcəyik.

Bizim əsas fokusumuz yeni biznes layihələrinin yaradılması olacaq. Cəmiyyəti yeni rəqəmsal bacarıqlarla silahlandıraraq rəqəmsallaşmanı geniş tətbiq edəcəyik.

Ölkə səviyyəsində innovasiya sahəsində böyük sərmayələr planlaşdırılır. Rəqəmsal şəhərlərin salınması, rəqəmsal ticarətin yaradılmasına köklənmişik. Çalışırıq, Dördüncü Sənaye İnqilabına dair forumun ölkəmizdə keçirilməsinə nail olaq. Bu, innovasiya konsepsiyalarını özündə ehtiva edir. Eləcə də, süni intellektin imkanlarından istifadə edəcəyik”.

Elnur Əliyev onu da əlavə edib ki, gələcəkdə Rəqəmsal Bacarıqlar Mərkəzi yaradılacaq:

“Bu çərçivədə biz sahibkarları, innovatorları inkişafa qədər dəstəkləyəcəyik. Rəqəmsal əkizlər texnologiyalarına da yaxından nəzarət edirik. Rəqəmsal iş qüvvəsinin artırılması planlaşdırılır. Düşünürük ki, rəqəmsal istedadların daha da genişləndirilməsi, insan kapitalının yaradılmasına xidmət edəcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri