Dek
2023
22:36
276
18
1561
Virtual karabakh

Türkiyə Qarabağ üçün günəş panelləri istehsal edib

1 Dek, 2023
22:36
1561

Türkiyə Qarabağ üçün günəş panelləri istehsal edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ bölgəsində günəş enerjisi Türkiyənin mühəndislik və enerji şirkəti “Solitek” tərəfindən istehsal olunan panellər vasitəsilə toplanacaq və saxlanılacaq.

Adanada yerləşən şirkət Qarabağ bölgəsinin kənd yerlərinin günəş enerjisinə olan tələbatını ödəmək üçün baza stansiyalarında istifadə edilmək məqsədilə Azərbaycana enerji saxlama panelləri və avtomatlaşdırma proqramları ixrac edir.

Tərkibində litium-dəmir fosfat batareyaları olan panel günəşli havada toplanan enerjinin istifadə olunmamış hissəsini saxlayacaq və gecələr baza stansiyasını enerji ilə təmin edəcək.

Təxminən 2,5 ay əvvəl tenderdə qalib gələn “Solitek” artıq Azərbaycan üçün nəzərdə tutulan 33 panel və avtomatlaşdırma sistemindən 25-nin istehsalını başa çatdırıb və onları ölkəmizə göndərib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri