Dek
2023
16:14
35
14
711
Virtual karabakh

Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edib - YENİLƏNİB + FOTO

6 Dek, 2023
16:14
711

Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini müzakirə edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə görüşdə tərəfdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmini və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının inkişafı ilə bağlı müzakirə aparılıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatla görüşüb.

İqtisadiyyat naziri Azərbaycan və FAO arasında səmərəli tərəfdaşlığın iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən kənd təsərrüfatının və qida təhlükəsizliyinin gücləndirilməsinə, təbii resursların səmərəli idarə edilməsinə töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, birgə həyata keçirilən layihələr kənd yerlərinə sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılmasına, aqrar məşğulluğun artmasına təkan verir.

Muhammad Nasar Hayat Azərbaycanın FAO-nun önəmli tərəfdaşlarından biri olduğunu bildirib. Qurum rəsmisi digər sahələr üzrə birgə proqramların reallaşdırılması, o cümlədən kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensialın olduğunu deyib, qarşılıqlı işbirliyinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər FAO ilə Azərbaycan arasında əməkdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmini və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

15:54

Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında ərzaq təhlükəsizliyinin təmin edilməsi müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə keçirdiyimiz görüşdə BMT-nin ölkəmizlə bir çox sahələrdə səmərəli əməkdaşlığının həyata keçirildiyini vurğuladıq. FAO ilə Azərbaycan arasında tərəfdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi barədə danışdıq”, - deyə o qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri