10 
Dek
2023
15:24
17
173
2126
Virtual karabakh

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir - FOTO/VİDEO

10 Dek, 2023
15:24
2126

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan-Azərbaycan sərhədində sıxlıq müşahidə edilir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Gömrük-keçid məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 254, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı Körpü” gömrük postunda 1000, “Mazımqara” gömrük postunda 50, “Samur” gömrük postunda 56 və “Xanoba” gömrük postunda 13 yük maşını var.

Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir.

Gürcüstan-Azərbaycan sərhədində sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri