12 
Fev
2024
10:46
64
103
1579
Virtual karabakh

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları azalıb

12 Fev, 2024
10:46
1579

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 473 milyon 728 min manat təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 12,3% artaraq 136 milyon 952 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 13,9% azalaraq, 314 milyon 878 min manat, aksizlər üzrə daxilolmalar 24,7% artaraq 18 milyon 507 min manat, yol vergisi üzrə daxilolmalar isə 23,7% azalaraq 3 milyon 392 min manat olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri