Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan İctimaiyyətlə əlaqələr bazarına baxış - FOTO
İctimaiyyətlə əlaqələr və ya qərb dünyasında “Public Relations” Azərbaycan üçün nisbətən yeni sahə olsa da, ölkədə bu sahədə fəaliyyət göstərən və yaşı 10 dan çox olan şirkətlər mövcuddur.
İctimaiyyətlə əlaqələr brend, şirkət, təşkilat və ya fərd və onun hədəf auditoriyası habelə geniş ictimaiyyət arasında kommunikasiyaların qurulmasına, idarə olunmasına cavabdehdir.
Müasir iş dünyasında şirkətlər, ayrı-ayrı məşhur insanlar mütəmadi və ya daimi əsasda İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislərlə və ya şirkətlərlə çalışır.
Həmçinin bir çox ölkələr və hökumətlər də bu mütəxəssislərin və şirkətlərin xidmətlərindən yararlanırlar. Xüsusən turizm potensialının təbliği, əhəmiyyətli beynəlxalq tədbirlər əsnasında və ya siyasi-hərbi böhranlar zamanı.
Qərbdə İctimaiyyətlə əlaqələr korporativ aləmdə alışılmış bir alət olsa da, Azərbaycanda bu xidmətdən ya heç istifadə etməyən ya da tərəddüd edən xeyli şirkət və iş adamı var.
Azərbaycanda bu sahədə vəziyyəti öyrənmək üçün bir araşdırma apardıq, yerli İctimaiyyətlə əlaqələr sahəsində çalışan şirkətləri müqayisə və analiz etdik. Bu prosesdə 2012 - ci ildən fəaliyyət göstərən və İctimaiyyətlə Əlaqələr - Strateji Kommunikasiyalar və Media istehsalı sahəsində çalışan “Hajizade Group” şirkəti diqqətimizi cəlb etdi.
Şirkət bu illər ərzində müxtəlif korporativ sosial məsuliyyət layihələri çərçivəsində istər İctimaiyyətlə əlaqələr sahəsində təlimlər istərsə də digər Azərbaycanda bir ilk olan tədbirlərin təşkilatçısı və təşəbbüskarı olub.
50 yaxın işçisi olan “Hajizade Group” şirkəti illik dövriyyəsi, əməliyyat coğrafiyası və bir sıra digər göstəricilərinə görə digər yerli İctimaiyyətlə əlaqələr sahəsində çalışan şirkətləri xeyli geridə qoyur.
Şirkət 2012 - ci ildə, Azərbaycanda və ölkəmizdən kənarda İnformasiya savaşları və strateji kommunikasiyalar sahəsində tanınmış mütəxəssis Əli Hacızadə tərəfindən təsis olunub.
“Hajizade Group”a daxil olan törəmə şirkətlər vasitəsi ilə bir zamanlar həm də təhsil biznesində yer almış olsa da, zamanla yalnız İctimaiyyətlə Əlaqələr və media kontentin istehsalına köklənməyə qərara alınıb.
İqtisadi və insan resurslarını nəzərə alaraq bu gün “Hajizade Group” Azərbaycanda ən böyük İctimaiyyətlə Əlaqələr şirkəti kimi, Cənubi Qafqazdan xeyli kənarda olan tərəfdaş və müştərilərlə çalışır.