Mar
2024
11:44
72
13
669
Virtual karabakh

Azərbaycan Avropa şirkəti ilə enerji sahəsində Anlaşma Memorandumu imzalayacaq

1 Mar, 2024
11:44
669

Azərbaycan Avropa şirkəti ilə enerji sahəsində Anlaşma Memorandumu imzalayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası “Wind Europe” arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.

“Report” xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında baş tutacaq. İmzalanmada Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson iştirak edəcək.

İclasda, həmçinin, Energetika Nazirliyi ilə İspaniyanın “Elecnor” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun da imzalanması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri