Ağdamda arı sancması nəticəsində allergik şok keçirən şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 15-də saat 18 radələrində 1976-cı il təvəllüdlü 1 nəfər (kişi) arı sancması şübhəsi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
"Xəstəyə qol nahiyəsinin və qulaq seyvanının arı sancması diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə alması üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Ağdam rayonunda arı sancması nəticəsində bədbəxt hadisə baş verib. 50 yaşlı kişi şok vəziyyətinə düşüb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov saxladığı arılara qulluq edən zaman onu arı sancıb. Nəticədə Y.Əhmədov şok vəziyyətinə düşüb. O, hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.