Dekabrın 2-də saat 22:50-də 2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə qadın Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Klinik Xəstəxanasından bildirilib.
Məlumatda qeyd olunub ki, pasiyent xəstəxanaya daxil olarkən bir neçə gündür davam edən öskürəkdən və bədən hərarətinin yüksəlməsindən şikayətlənib:
"Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.
Dekabrın 3-də saat 01:30-da xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10-da biolojı ölüm qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib".
Qeyd edək ki, hadisə doğuş zamanı baş verməyib və döl ananın bətnində ölüb.
Məhərrəm Əliyev
Bakıda qadın doğuş zamanı ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə dekabrın 3-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova Bakıdakı xəstəxanalardan birinin doğum şöbəsinə gətirilib. Qadın doğuş zamanı həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli