Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda 8 Mart günü gənc qızın meyiti tapılıb
Bakıda çoxlu dərman həbləri içən gənc qız vəfat edib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, martın 8-i saat 21 radələrində 2002-ci il təvəllüdlü Ada Ədilzadənin meyiti yaşadığı Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsindəki mənzildə tapılıb. Onun çoxsaylı dərman həbləri qəbul etməsi və zəhərlənərək ölməsi bildirilib.
Gənc qızın hansı məqsədlə dərman həblərini qəbul etməsi hələlik məlum deyil.
Hadisənin intihar ola bilmə ehtimalı da nəzərdən keçirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
"Yeni Yasamal" teqi üzrə xəbərlər
Ən çox oxunanlar