Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu gün səhər 07:29-da Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində "Xaliq Faiqoğlu" MMC-yə məxsus 99-JX-216 dövlət qeydiyyat nişanlı 77 nömrəli marşrut avtobusu ilə 77-SY-140 nömrəli "Toyota Aqua" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.
Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı "Isuzu" markalı sərnişin avtobusu ilə "Toyota" markalı avtomobil toqquşub.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.