Bakıda piyadanı maşın vurub öldürüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda ticarət mərkəzinin qarşısında baş verib. İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi VAZ-21154 avtomobili ilə yolu keçmək istəyən piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub. Piyada xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12